Bir müddət əvvəl Göygöldə yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan qadın xəstəxanada ölüb.
“Report”un məlumatına görə, minik avtomobilinin ağaca çırpılması nəticəsində ağır xəsarət alan 1997-ci il təvəllüdlü Aişə Hacıyeva müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə dekabrın 1-də Göygöl rayonunda qeydə alınıb.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü Bəsti Aslanova hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.