"Hərbi əməliyyatlar başlanarsa və Ermənistan növbəti dəfə darmadağın edilərsə..." - Akif Nağıdan PROQNOZLAR

11:54 13 Dekabr 2022

"Hadisələr gərginləşən xətlə gedir. Belə görünür ki, Rusiya və Fransa Ermənistanla birlikdə Qarabağda yeni bir situasiya yaratmağa çalışırlar. Üzdə belə görünür ki, Rusiya da, Fransa da Azərbaycanın mövqeyi ilə hesablaşır. Ermənistan isə, ümumiyyətlə, hər şeyə imza atmağa hazır olduğunu bildirir. Belə təsəvvür yaradırlar ki, guya o ərazidə olan "bir ovuc" erməni məsələlərlə razılaşmır. Ona görə də belə bir şəraitdə hesab edirəm ki, vaxt uzatmağa və hansısa niyyətlərinə nail olmağa çalışırlar".

Bu sözləri SİTAT.İNFO-YA açıqlamasında Azad Vətən Partiyasının rəhbəri Akif Nağı deyib. 

O,bildirib ki, Rusiya, Fransa və Ermənistan gərgin bir vəziyyətdə vaxt uzatmağa, hansısa niyyətlərinə nail olmağa çalışırlar: 
Partiya sədrinin fikrincə, Azərbaycanın atdığı addımlar isə düzgün addımlardır, lakin daha sərt addımlar atılmalıdır:

"Azərbaycanın atdığı addımlar,  hələ ki düzgün addımlardır, lakin daha sərt addımlar gözləyirik. Çünki vaxt keçir və nə sülhməramlıların, nə onların arxasında dayanan qüvvələrin, nə də Ermənistanın şıltaqlıqları ilə oynamağa ehtiyac yoxdur. Ona görə də sərt hərəkət etməyə Azərbaycanın haqqı var."


O, həmçinin qeyd etdi ki, partiya olaraq müzakirələri davam etdirirlər: "Bizim də partiya olaraq müzakirələrimiz gedir, hər kəs öz öhtəsinə düşəni etməlidir. Biz də əgər Azərbaycan ordusu maneə törətməsə, Ağdamdan Xankəndi istiqamətində izdihamlı bir yürüş təşkil edə bilərik."
A.Nağı vurğuladı ki,  əgər Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin, partiyaların və ictimai təşkilatların bu hərəkətlərinə icazə verilməsə, o zaman mütəxəssislər səviyyəsində müəyyən işlər görməlidir: "Ermənistanın arxasında dayananlar bunlara düzgün adekvat reaksiya verməsələr, o zaman çox böyük ehtimalla hərbi mərhələnin yeni bir mərhələsinə başlanılacaq". 
Hərbi əməliyyatlar başlanarsa və Ermənistan növbəti dəfə darmadağın edilərsə, bunun məsuliyyəti həm Ermənistanın, həm də onun arxasında dayanan qüvvələrin, o cümlədən, beynəlxalq təşkilatlar üzərinə düşəcəkdir".

Sevinc Cavadzadə,

Sitat.info

 



Xəbər xətti