Azərbaycan vətəndaş cəmiyyəti fəalları və jurnalistlərin iştirakı ilə Şuşada baş tutan aksiya Erməni mediasında da kifayətə qədər işıqlandırılır , təbii ki, düşmənə xas qərəzliliklə. Erməni mediası yazır ki, Xankəndi faktiki olaraq sutkanın 24 saatı blokadadadır və orada minlərlə erməninin "hüquqları" pozulur.
Sitat.info xəbər verir ki, bu barədə qondarma qurumun rəsmiləri məlumat yayıb. Belə ki, Ermənistandan Xankəndiyə gedən ermənilər gecəni yolda qalıblar.
Xatırladaq ki, dekabrın 12-də saat 10:30-da Azərbaycan vətəndaş cəmiyyəti fəalları və jurnalistlər Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin müddəalarına əməl etməməsinə, Qarabağdakı faydalı qazıntı yataqlarını qanunsuz istismar etməsinə etiraz olaraq Xankəndi ilə Ermənistan arasındakı yeganə yolu - Laçın dəhlizini bağlayıblar.
Nərgiz,
SİTAT.İNFO