Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, prezident Vaaqn Xaçatryan, parlamentin sədri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan, hakim Mülki Müqavilə Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak ediblər..
Görüş zamanı baş verən son hadisələr, xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.
Seymur,
SİTAT.İNFO