Prezident İlham Əliyevin yeni təyin etdiyi müdafiə naziri müavininin kimliyi marağa səbəb olub.
Sitat.info Qafqazinfo-ya istinadla xəbər verir ki, bu vəzifəyə gətirilən Aqil Qurbanov uzun müddət özəl sektorda fəaliyyət göstərib.
Zamex.az -da yeni fürsətlər...
1986-cı il təvəllüdlü A.Qurbanov daha əvvəl “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb.
O, daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.