"Türkiyə sülhməramlılarını da dəvət edirik. Onlar da Qarabağa gəlsinlər, konflikt var".
Sitat.info xəbər verir ki, bu sözləri Ağ Partiya sədri Tural Abbaslı TV Müsavatın efirində deyib.
Zamex.az -da yeni fürsətlər...
O vurğulayıb ki, ermənilərin mövqeyini ruslar qoruyur, bizi mövqeyimizi də Türkiyə qorumalıdır: "Mən buradan ölkə rəhbərliyinə çağırış edirəm. Şuşa bəyannaməsi bizə tam olaraq bu hüququ var. Ruslar necə bayraqlarını tanklara sancıb durublarsa, Türkiyə bayraqları sancılmış tanklar da gəlib onlarla üzbəüz durmalıdır. Rusiya bilməlidir ki, qarşılarında təkcə Azərbaycan yox, Türkiyə də var".
Partoya sədri onu da diqqətə çatdırıb ki, sülhməramlıların içində eyni geyimdə olan ermənilərin olması ehtimalı da var və buna görə də, sülhməramlılar hamısı nömrələnməlidir. Bu nömrələr Türkiyə -Rusiya Monitorinq mərkəzində də olmalıdır. Çünki əgər atəş açılsa bunu kimin açdığını dəqiqləşdirmək də çətin olacaq.
Səid İsaoğlu,
Sitat.info