Ali Rada Ukraynanın milli azlıqları haqqında qanun qəbul edib.
Sitat.info xarici mediaya istinadən xəbəer verir ki, dekabrın 1-də parlament Ukraynanın milli azlıqları haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
8224 saylı qanunun qəbuluna 324 parlamentari səs verib.
Qeyd edilib ki, bu qanunun qəbulu Ukraynanın Aİ üzvlüyünə namizəd statusu alması üçün əsas tələblərdəndir.
Qanun layihəsinə verilən izahatda qeyd olunur ki, qanun qəbul edildikdən sonra 1992-ci ildə qəbul edilmiş “Ukraynada milli azlıqlar haqqında” qanun qüvvədən düşür.
Qanun milli azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirmək üçün müxtəlif səviyyəli dövlət icra hakimiyyəti orqanlarının nəzdində məşvərətçi-məşvərət orqanlarının yaradılmasının mümkünlüyünü də nəzərdə tutur.
Qeyd olunur ki, milli azlıqların ictimai birliklərinin fəaliyyət göstərməsi üçün əvəzsiz əsaslarla dövlət və ya yerli büdcələr hesabına, rayon mərkəzlərində və ya müəyyən yaşayış məntəqələrində, millətlər mərkəzlərinin yaradılması imkanını nəzərdə tutur.
Səid,
Sitat.info