Son dəqiqə! Lukaşenko Kiyevə doğru 20 hərbi helikopter yola saldı

23:10 28 Fevral 2022

Belarus ərazisindən 20-yə yaxın helikopter havaya qalxıb. Onlar Ukraynanın paytaxtı Kiyev şəhərinə doğru uçurlar.

UNIAN xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Belaruslar bildirirlər ki, son 10 dəqiqə ərzində Belarus ərazisindən Kiyevə 20-dək helikopter uçub”, - məlumatda deyilir.

Helikopterlərdə nə qədər əsgərin olduğu barədə məlumat verilmir./report



Xəbər xətti