"Azərbaycan vətəndaşları ekologiyamıza qarşı törədilən soyqırıma aktlarına etiraz edirlər. Artıq 3 gündür aksiyalar davam edir. Bizim kənardan müşahidə etdiyimiz odur ki, aksiyaçıların heç bir siyasi tələbi və siyasi şüarı yoxdur".
Bu sözləri Sitat.info-ya açıqlamasında hazırda Şuşada olan və aksiyanı müşahidə edən siyasi şərhçi Tural İsmayılov deyib.
O vurğulayıb ki, əsas məsələ Azərbaycan ekologiyasının vandal hücumlarına məruz qalmasıdır: " Aksiyaçıların tələbi odur ki, ekologiyamıza qarşı aparılan terror hücumları sona çatsın. Bununla məşğul olan qurumlar obyektiv və adekvat cavab versinlər".
Siyasi şərhçi də qeyd etdi ki, tələblər yerinə yetirilənə qədər aksiya davam edəcək: "Aksiya hava şəraitinə baxmayaraq gecə-gündüz davam edir. Bu tələblər yerinə yetirilmədən aksiya dayanmayacaq".
Məğrur,
SİTAT.İNFO