Türkmən qazı üçün üçlü zirvə! Ərdoğan vizaların ləğvi mesajını verdi

16:10 14 Dekabr 2022

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda keçirilən Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Toplantısında çıxış edib.

Sitat.info xəbər verir ki, “Türkmən qazı üçün proses başlanmalıdır” deyən prezident Ərdoğan, vizaların ləğvi ilə bağlı da mühüm mesajlar verib. 

Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə toplantısında Türkmənistan və Azərbaycan prezidentləri ilə təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirib.

 Görüşdə çıxış edən Ərdoğan bu sözləri deyib: "İnanıram ki, Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin üçtərəfli zirvə toplantısı münasibətilə Xəzərin hər iki sahilindəki dəyərli qardaşlarımla bir araya gəldiyimiz bu Avaza Liderlər Zirvə toplantısında çox fərqli mənalı bir günün şahidi oluruq".

"Başda qardaşım Serdar olmaqla bütün türkmənlərə səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Sözlərimin əvvəlində Türkmənistanın 12 Dekabr Bitərəflik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

12 dekabr həm də Heydər Əliyevin vəfatının 19-cu ildönümüdür. Bu münasibətlə mərhum Heydər Əliyevin əziz xatirəsini burada bir daha rəhmətlə yad edir, ruhu şad olsun, məkanı cənnət olsun inşallah. Zirvəmizin ölkəmiz, bölgəmiz və bütün türk dünyası üçün xeyirli olmasını Rəbbimdən diləyirəm.

 Qardaşlıq  əsasında möhkəmlənən əlaqələrimizin əldə etdiyimiz strateji üstünlüklər əsasında daha da möhkəmlənəcəyinə ürəkdən inanıram. Məqsədimiz dinamika ilə inkişaf edən qlobal və regional imkanları xalqımızın rifahına və regionumuzun sabitliyinə uyğun qiymətləndirməkdir.  Həmrəylik içində hərəkət etdiyimiz bütün işlərdə Allahın izni ilə uğur qazanacağımız şübhəsizdir. Qarabağın 30 illik işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir. Türk Dövlətləri Təşkilatımız bu baxımdan son dərəcə əhəmiyyətlidir. Ötən il təşkilatımıza müşahidəçi üzv kimi daxil olan Türkmənistanın tamhüquqlu üzvlük prosesinin başa çatması bizə böyük güc qatacaq. Qurbanqulu Berdiməhəmmədovun təşkilatımızın Ağsaqqallılar Şurasında iştirakı bizim dünyagörüşümüzü genişləndirdi".

Ərdoğan görüşdə vizaların ləğvi ilə bağlı da anons verib: Çalışmalıyıq ki, bu marşrut daha da səmərəli olsun, sərhəd keçidlərini və gömrük rəsmiləşdirilməsini sürətləndirək. Hər üç ölkənin daşıyıcıları üçün yol ödənişlərinin və vizaların götürülməsi və ya aşağı salınması, viza rüsumlarının azaldılması ticarət həcmimizi artıracaq. Nəqliyyat və gömrük sahəsində yaxın zamanlarda imzalanacaq qərarlar işin əsasını təşkil edəcək. Koronavirus epidemiyası ilə yanaşı, müharibə və regional qeyri-sabitlik tədarük zəncirlərinin qorunmasında nəqliyyatın əhəmiyyətini xatırlatdı və enerji təchizatı təhlükəsizliyini bir daha dünya gündəminin zirvəsinə çıxardı.

Enerji təhlükəsizliyi və resursların şaxələndirilməsi bütün dünya, xüsusən də Avropa üçün əhəmiyyətlidir, bunu  yenidən dərk etdilər. Əslində biz Türkiyə olaraq uzun müddətdir ki, bu istiqamətdə addımlar atırıq. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan Neft Kəməri və Cənub Qaz Dəhlizi xüsusilə seçilir. Biz Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin əsasını təşkil edən bu xətlə Xəzər qazını Avropaya daşıyırıq. Biz indi eyni şəkildə Türkmənistan təbii qazının Üərb bazarlarına nəqli üzərində işə başlamalıyıq".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti