Kreml Sankt-Peterburqda MDB sammiti çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünü istisna etməyib. Rusiya , Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün əlaqələndirilməsi üzərində iş gedir. Onlar ən azından MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində danışa biləcəklər.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bilirsiniz ki, MDB dövlət başçılarının qeyri-rəsmi görüşü planlaşdırılır, burada üç lider ən azı kənarda danışmaq imkanı əldə edəcək. Daha sonra proses necə inkişaf edəcək - bunu gedişatda görəcəyik" -deyib Peskov.
Səid İsaoğlu,
Sitat.info