Ukrayna prezidentinin aparatının müşaviri Aleksiy Aretoviç rus işğalçılarının planları ilə bağlı proqnoz verib.
Sitat.info xəbər verir ki, onun fikrincə, qış Ukrayna Silahlı Qüvvələri üçün çətin keçəcək, çünki Rusiya ordusu döyüş meydanında təşəbbüsü ələ keçirməyə çalışacaq:
"Hesab edirəm ki,fevral ayına qədər kifayət qədər təlim keçmiş, 100 faizədək şəxsi heyətlə təchiz edilmiş bölmələr hazırlanır. Onlar cəbhədə təşəbbüsü ələ keçirməyə hazırlaşır.
Onların uğur qazanıb-qazanmayacağı məlum deyil. Amma planları bunlardır. Burada biz "Belarus isteriyasını" aid etməliyik. Bir çoxları dövrə vurub "Belarusda döyüş hazırlığının yoxlanılması" deyə qışqırırlar. Amma Belarusun xüsusi təyinatlılar briqadasının sərhəddə 12 BTQ-si var”.
Aleksiy Aretoviç bildirib ki, ruslar minlərlə məhbusu cəbhəyə göndərəcək:
"Putin on minlərlə məhbusu cəbhəyə göndərir. Məhbuslar buna çox sevinir və inanırlar ki, orduları qələbə çalacaq və onlar üçün vəziyyət yaxşılığa doğru dəyişəcək”.
Səid,
Sitat.info