Günəşli yolunu hasarladılar - DƏHŞƏTLİ TIXAC YARANDI

18:01 14 Dekabr 2022

Xəbər verdiyimiz kimi Yeni Günəşli və Köhnə Günəşli qəsəbələrinə gedən magistral yolun bir hissəsini kəsərək, qəbristanlığa birləşdirilib.

Bu səbəbdən həmin istiqamətdə dəhşətli tıxac yaranıb. 

Sitat.info-nun əməkdaşı xəbər verir ki, tıxac Babək prospektindən başlayaraq (Xalqlar metrosu dostluğu körpüsündən), Günəşli qəsəbəsi, "Qartal" adlanan əraziyə qədər davam edir.

Sürücülər bildirir ki, dəhşətli tıxac Günəşli qəbristanlığının qarşısından keçən yolun daraldılması ilə əlaqədardır:

"Hər gün dəqiqlərlə tıxacda qalırıq. Günəşli qəsəbəsinə keçən yolu daraltdılar. Guya məqsəd Günəşli qəbristanlığının sürüşməsinin qarşısını almaq idi.

Ancaq öz mənfəətlərini düşündülər. Qəbristanlıqdan 2 metr yola doğru qazıntı işləri apardılar, istinad divarları tikdilər. Hazırda "butulka" effekti yaranıb.

Xahiş edirik aidiyyatı qurumlardan bu məsələyə biganə qalmasınlar, yolumuzu qarşısında tikilən maneləri ləğv eləsinlər".

Seymur,

Sitat.info

Sitat.info dəhşətli tıxacın videogörüntüsünü təqdim edir:




Xəbər xətti