Bu vəziyyəti ermənilər yaradıb, yolu isə ruslar bağlayıblar - Hadisə yerindən REY KƏRİMOĞLU

18:10 14 Dekabr 2022

"Aksiya eyni qaynarlıqlar  və məlum tələblərlə davam edir. İnsanlar həmin bölgəyə axın-axın gəlirlər. Rusiya sülhməramlılarının hələlik təxribat xarakterli fəaliyyətləri yoxdur. Mən dünəndən buradayam, hər hansı təxribat hadisələr görməmişəm. Tələbələrimiz dəyişməyib. Ümid edirəm ki, məqsədimizə çatacağıq. Azərbaycan cəmiyyəti öz qanunihaqlarını tələb edir və bu haqlarla təmin ediləcəkdir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında jurnalist, Qarabağ qazisi, hazırda Xankəndi yolunun üzərində keçirilən aksiyada iştirak edən Rey Kərimoğlu deyib. 

O vurğulayıb ki, hazırda aksiyaya qoşulmaq üçün müraciət edənlərin sayı xeyli çoxdur: "Mən aksiyanın ikinci günü qoşuldum, burada bir sıra təşkilatlar, QHT-lər var. Onlar yeməklərlə təmin olunur. Havanın bir az sərt keçməsinə baxmayaraq hər şey öz qaydasında davam edir. 4 çadır qurulub, şərait yaradılıb".

Ermənilərin bütün dünyaya yaymağa çalışdıqları "soyqırım" iddialarına gəlincə, R.Kərimoğlu vurğuladı ki, onlar bu vəziyyəti özləri yaradıblar: " Azərbaycan vətəndaşlarını öz hüquqi ərazilərinə buraxmırlar.  Bizim ekoloqlar öz ərazilərimizə keçmək istərkən sülhməramlılar gəlib yolu bağladılar. Bizimkilər də keçə bilmədi. Proses bu cür olub və yolu rus sülhməramlıları bağlayıb. 

Seymur Bənnayev,

SİTAT.İNFO



Xəbər xətti