Rusiya təyyarəsi Bakıya təcili eniş etdi

12:30 15 Dekabr 2022

Rusiyanın "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sitat.info xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Məlumata görə, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib. "Boeing 737" markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.

Zamex.az -da yeni fürsətlər... 

 



Xəbər xətti