Rusiya ABŞ-ı təhdid etdi: “Vətəndaşlarınız muzdlu kimi qarşıdurmada iştirak edirlər”- Təhlil

12:44 15 Dekabr 2022

 ABŞ-da Kiyevə ən müasir hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə hazırlıqla bağlı informasiya kampaniyası başlayıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyi çərşənbə günü verdiyi bəyanatda, ABŞ-ın Kiyevə “Patriot” raket sistemlərini göndərməsinin  növbəti təxribatçı addım kimi qiymətləndirib.

"ABŞ-da Kiyevə qabaqcıl hava hücumundan müdafiə sistemlərinin göndərilməsi barədə kampaniya başlayıb. Əgər bu təsdiqlənərsə, biz ABŞ administrasiyasının daha bir təxribatçı addımının şahidi olacağıq. Silahların davamlı tədarükü yalnız Ukrayna Prezidenti Vladimir Zelenski rejimini gücləndirəcək və onu Donbass, Xerson və Zaporojye vilayətlərində mülki şəxslərə qarşı yeni cinayətlərə sövq edəcək”.

Rusiya diplomatlarının fikrincə, “Patriot sistemləri çatdırılmasa belə, ABŞ getdikcə postsovet respublikasındakı münaqişəyə cəlb olunur: "Silah axını artır, hərbçilərin hazırlığı genişlənir. Ukrayna ordusu kəşfiyyat məlumatları ilə təmin olunur. Amerika hərbi mütəxəssislərinin döyüş bölgəsinə göndərilməsi getdikcə daha çox müzakirə olunur. Bundan başqa, ABŞ vətəndaşları da muzdlu kimi qarşıdurmada iştirak edirlər. Vaşinqtonun strategiyası təkcə Rusiya-Amerika münasibətlərinə böyük ziyan vurmur, həm də qlobal təhlükəsizlik üçün əlavə risklər yaradır. Ukrayna münaqişəsinin uzanmasına və gərginləşməsinə görə məsuliyyət daşıyan ABŞ-dır".

Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü xəbərdarlıq edib ki, Vaşinqton “Patriot” raketdən müdafiə sistemlərini Kiyevə gödnərərsə, Rusiya Silahlı Qüvvələri tərəfindən qanuni hədəf kimi qəbul ediləcək.

Məğrur,

Sitat.info



Xəbər xətti