Cənubi Sudan prezidenti canlı yayımlanan tədbirdə özünü isladıb.
Sitat.info xəbər verir ki, Sahara Reportyorlarının məlumatına görə, 2011-ci ildə prezident olan Salvatore Kiir Mayardit yol layihəsinin açılışı zamanı dövlət himnini ifa edərkən özünü isladıb.
Tədbir televiziya ilə canlı yayımlandığı üçün biabırçı vəziyyəti düzəltmək mümkün olmayıb.
KİV-in məlumatına görə, 71 yaşlı prezidentin yaşlı kişilərdə tez-tez rast gəlinən sidik yolları infeksiyasından əziyyət çəkdiyi güman edilir.
Viral olan video beynəlxalq ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olub, bir çox sosial media istifadəçisi əks fikirlər səsləndirib. Bəziləri operatorları prezidenti biabır etməklə pis iş görməkdə ittiham edib, bəziləri isə prezidentin ölkəyə rəhbərlik etmək üçün qeyri-sağlam olduğunu ifşa etməklə düzgün addım atdıqlarını bildiriblər.
Zamex.az - Sizin sürətli vəm ucuz karqonuz..
.
Cənubi Sudan Respublikası Sudandan ayrılıb və 2011-ci ilin iyulundan suveren statusa malikdir. Bu, dünyada beynəlxalq səviyyədə tanınan ən gənc dövlətdir.
Suverenlik əldə etdikdən sonra Cənubi Sudana Salvatore Kiir Mayardit rəhbərlik edir. Bundan əvvəl o, daha 6 il Sudanın vitse-prezidenti vəzifəsində çalışıb.
Səid,
SİTAT.İNFO