Bakı-Quba yolunda dəhşətli qəzada ölənlərin KİMLİYİ BİLİNDİ

15:27 15 Dekabr 2022

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərin beşinin kimliyi məlum olub.

SItat.info report-a istinadən xəbər verir ki, qəzada ölən 5 nəfər aşağıdakılardır:

1. 1986-ci il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov.

2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov

3. Yasamal rayon sakini İlqar Musayev

4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Alik Balakişiyev Yusif oğlu.

5. Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlu

Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin də kimliyi dəqiqləşdirilir.

Ölənlərin meyitləri Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.

Bununla yanaşı, yol qəzasında xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.



Xəbər xətti