"Etirazçılar yeni tələblər irəli sürüblər. Onlardan biri də budur ki, Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə sülhməramlılarla yanaşı Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O qeyd edib ki, digər bir tələb Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilməsidir.
Üçüncü tələb isə budur ki, Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları yaradılsın.
Nərgiz,
SİTAT.İNFO