Kəlbəcərdə minaya düşənlərin son durumu AÇIQLANDI

19:14 15 Dekabr 2022

Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçuları Axundov Rza Yusif oğlu, Şirinov Murad İsa oğlu və İbişli Qabil Ədalət oğlunun hərbi tibb müəssisələrində həkimlərin nəzarəti altında müalicələri davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hər üç hərbçinin həyati təhlükəsi yoxdur.

TƏBİB-dən isə bildirilib ki, dekabrın 15-i saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib: "Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub. Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir. Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub".

Qeyd edək ki, dünən Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.



Xəbər xətti