Bu halda sosial yardıma müraciətiniz 1 il qadağan edilə bilər

12:27 1 Mart 2022

Hansı hallarda vətəndaşa ünvanlı dövlət sosial yardımı üçün müraciət edilməsinə 1 il məhdudiyyət qoyulmasına aydınlıq gətirilib.

APA xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Sosial saat"da bildirib ki, vətəndaş ünvanlı dövlət sosial yardımın təyin olunmasına təsir edə biləcək ailə tərkibi, gəlirləri və əmlakı barədə yanlış informasiya verərsə və ya sonradan baş vermiş dəyişikliklərlə bağlı 15 gün ərzində məlumat verməzsə, bu hallar aşkarlandıqda verilən ünvanlı dövlət sosial yardımı dayandırılır və 1 il həmin şəxsin mmüraciətinə məhdudiyyət tətbiq olunur:

“Vətəndaşın 15 gün ərzində özünün məlumat vermədiyi dəyişikliklər əmək müqaviləsinə edilmiş dəyişiklik, pensiya və müavinətlərin artımı ilə bağlıdır. Yəni mərkəzləşmiş sistemlər vasitəsilə elektron bazadan əldə olunan məlumatlar istisnadır” – o deyib.



Xəbər xətti