FHN-dən qalmaqallı hadisəylə bağlı AÇIQLAMA - VİDEO

20:19 15 Dekabr 2022

Fövqəladə Hallar Nazirliyi (FHN) sosial şəbəkələrdə yayımlanan qalmaqallı görüntülərlə bağlı açıqlama verib.

FHN-in şöbə rəisi Ruhulla Qasımov bildirib ki, dekabrın 14-də Bakının Qaradağ rayonu Səgəçal qəsəbəsi, Massiv 1 ünvanında qanunsuz fəaliyyət göstərən obyektdə yanğın baş verib.

“Qeyd olunan ünvanda qeyri-qanuni fəaliyyət göstərən obyektin yaratdığı yanğın riski ilə bağlı məlumat daxil olduqdan sonra qanunun tələblərinə uyğun olaraq, obyektdə yanğın texniki müayinənin aparılması məqsədi ilə cari ilin aprel ayının 6-sı Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı həmin ünvana baş çəkib.

Ərazidə özünü obyektin rəhbəri kimi təqdim edən Elçin adlı şəxs xidmətin əməkdaşına qarşı kobudluq edərək obyektin ərazisinə daxil olmasına imkan verməyib. Qeyd edək ki, özünü obyektin sahibi kimi təqdim edən Elçin adlı şəxs səbəb olduğu yanğınla bağlı hüquqi məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə xidmətin əməkdaşına şər və böhtan atmışdır. Həmin şəxs üzrə aidiyyəti orqanlara müraciət ediləcək”, - deyə qurum rəsmisi qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:



Xəbər xətti