Deputatdan qaz limitləri ilə bağlı narazılıq

13:06 16 Dekabr 2022

Milli Məclisdə qaz limitlərinin vaxtında sıfırlanması məsələsi gündəmə gətirilib.

“Sitat.info” xəbər verir ki, məsələ ilə bağlı deputat Vüqar Bayramov çıxışında bəzi məqamları diqqətə çatdırıb. O qeyd edib ki, il sona çatır və 2023-cü ilin əvvəlində qaz limitləri yenidən sıfırlanmalıdır:

“Xatırladım ki, 2022-ci ildə qaz limitlərinin sıfırlanması 10 gün yubandı. Daha məqsədəuyğun olardı ki, “Azəriqaz” İB tərəfindən limitlərin sıfırlanması vaxtında həyata keçirilsin. Çünki, bütün hallarda ilin sonuna doğru insanlar qaza görə daha yüksək limitlərlə ödəniş edir və limitlərin sıfırlanması yubandığı halda onlar yeni ildə də mavi qazdan istifadəyə görə daha yüksək ödəniş etməli olurlar”. 

/Qafqazinfo



Xəbər xətti