Kulturoloq Aydınxan Əbilov yeni qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Sitat.info xəbər verir ki, onun qonaq olduğu proqramında işlətdiyi ifadələr müzakirələrə səbəb olub.
A. Əbilov küçə, yol şəbəkəsinin bir zolağında daha çox sərnişin daşınması prioritet olmalıdır fikrləri ilə razılaşmayaraq etiraz edib.
"Mən varlıyam, mənim maşınım var, yaxşı vergi verirəm. Niyə mənə siz, dövlət mane olmalısız, o kasıb adam avtobus istifadə edir, 30 qəpik pul verir. Ona komfort yaradırsız. Mənim komfortumu əlimdən alırsız.", - deyə yazıçı, kulturoloq bildirib.
/Manset.az