Rusiyanın Buryatiya Muxtar Respublikasının paytaxtı Ulan-Ude şəhərinin Baykal hava limanında Mİ-8 tipli helikopter eniş edərkən yanıb.
Yanğınsöndürmə briqadası və Rusiya Fövqəladə Hallar Nazirliyinin müdaxilələrinə baxmayaraq, helikopter qısa müddətdə külə dönüb.
Sitat.info xəbər verir ki, Buryatiya prezidenti Aleksey Tsydenov sosial media hesabında 3 pilotun həlak olduğunu açıqlayıb.
Tsydenov bildirib ki, Baykal hava limanına eniş zamanı Mi-8 helikopteri yanıb. İstehsaldan yenicə buraxılan helikopter hələ alıcısına təhvil verilməmişdi, qəza zamanı içəridə sərnişin olmayıb, yalnız 3 helikopter personalı olub.
Baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Yanğının helikopterin mühərriklərindən qaynaqlanmış olduğu ehtimalı var.
Seymur Bənnayev,
SİTAT.İNFO