Polis tanınmış qadın müğənnini saxladı - Bir stəkan içibmiş... - FOTO

21:00 16 Dekabr 2022

Müğənni Hiss yol polisi tərəfindən cərimələnməsindən danışıb.

SİTAT.İNFO olay-a istinadən xəbər verir ki, bu barədə Xəzər FM-in "Surət həddi" verilişində açıqlama verib. Sənətçi deyib ki, avtomobili iki dəfə cərimə meydançasına aparılıb:

"İçki içən deyiləm. Ümumiyyətlə azaltmışam. İlk dəfə cərimələndiyim gün Şuşaya gedirdik. Axşamı da qardaşımın ad günü idi. Son bir ildə içkini çox azaltmışam, içəndə də 1 stəkan içirəm. O da yalnız xoş günlərdə. Qardaşımın ad günündə 1 stəkan içmişdim. Sonra səhər oyandım, qəhvəmi içdim çıxdım yola. Maşında yeni olduğu üçün qəribə iyi gəlirdi.

Polis saxladı məni, dedi, maşından nəsə iyi gəlir. Dedim ki, ola bilər. Soruşdu ki, içkilisiz? Dedim, yox, mən içmirəm. Sonra yoxlanış etdi, dedi, nəsə var. Mən də saf kimi söylədim ki, axşam 1 stəkan içmişəm, bəlkə odur. Ona da o sözü deyərlər?

Cəriməni yazdı, maşını da cərimə meydançısına apardılar. İkinci dəfə isə qəza olanda cərimə meydançasına aparmışdılar. İki dəfə də pis adla aparıblar. Birinci içkiyə görə, o da heç içməmişdim. Digərində də qəza adı ilə. Ən pisləri başıma gəldi".




Xəbər xətti