YAP rəhbərliyində təcili toplantı

10:13 17 Dekabr 2022

Bu gün hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi toplantı keçirəcək.

Sitat.info xəbər verir ki, partiyanın Mərkəzi Aparatında İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının geniş tərkibdə iclası olacaq. 

İclasda ilin yekunu, görülən işlər, 2023-cü ilin Heydər Əliyev ili elan olunması və bununla bağlı keçiriləcək tədbirlər barədə müzakirələr aparılacaq.

Həmçinin YAP-ın 30 illiyi ilə əlaqədar olaraq prezident tərəfindən təltif olunan 68 partiya üzvünə həmin təltiflər təqdim ediləcək.

 



Xəbər xətti