Xankəndi-Laçın yolunda aksiya iştirakçıları sülhməramlıların qarşısında "Qarabağ" mahnısını ifa ediblər - VİDEO

10:54 17 Dekabr 2022

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altı gündür davam edir.

Sitat.info-nun məlumatına görə, dekabrın 12-də səhər saatlarından başlayan aksiya davam edir. Bu gün dinc aksiyanın iştirakçıları sülhməramlıların qarşısında "Qarabağ" mahnısını ifa ediblər.

Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var./Manset.az

 



Xəbər xətti