Nümayəndə heyəti rəhbərlərinin şərəfinə Rumıniya Prezidenti tərəfindən nahar verildi

16:11 17 Dekabr 2022

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanma mərasimində iştirak edən nümayəndə heyətləri rəhbərlərinin şərəfinə Rumıniya Prezidenti Klaus Yohannes tərəfindən nahar verilib.

Sitat.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.

 

 



Xəbər xətti