Məşhur aktyor bu səbəbdən boşanıb

19:12 17 Dekabr 2022

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur cütlüyü aktyor Aras Bulut İynəmli ilə aktrisa Bige Önal ikinci dəfə ayrılıb.

Sitat.info xəbər verir ki, cütlüyün ayrılma səbəbi ortaya çıxıb. İkilinin ayrılmasına səbəb Bigenin ailə qurmaq istəyi olub. Dəfələrlə bu barədə Arasa istəyini bildirsə də aktyor buna müsbət yanaşmayıb və nəticədə aralarında mübahisə yaşanıb. Arasın davamlı olaraq söhbətdən qaçması nəticəsində tərəflər ayrılıb.

Xatırladaq ki, cütlük 6 illik münasibətin ardından bir müddət əvvəl də eyni qərarı almış, lakin daha sonra yenidən bir araya gəlmişdilər.

/Axsam.az



Xəbər xətti