Türkiyəli müğənni Zeynep Bastıkın başına iş gəlib.
Sitat.info xəbər verir ki, ifaçı pilləkəndən yıxılaraq onurğa sümüklərini sındırıb. Bu barədə o, sosial media hesabında yazıb.
"Pilləkəndən sürüşüb düşməyim nəticəsində onurğa sümüklərimdən ikisi qırılıb. Əməliyyatlıq olmasa da bir müddət korsetlə gəzməli olacağam. Ciddi ağrılar və hərəkətlərimdən asılı olaraq sancılarım var" deyə, Bastık bildirib.
/Axsam.az