Məşhur tiktoker "Azercell"i sərt TƏNQİD ETDİ: "30 manatlıq internet 10 günə bitir, camaaat pulu yerdən yığmır" (VİDEO)

13:06 18 Dekabr 2022

Məşhur tiktoker Tərlan Rzazadə “Azercell” mobil rabitə xidmətini tənqid edib.

Sitat.info-nun məlumatına görə, tanınmış tiktoker adıçəkilən mobil operatorun internet xidmətindən nazarazılığını belə ifadə edib: 

Zamex.az - Sizin sürətli və ucuz karqonuz....

“Vallah, bu “Azercell” lap ağ edib. 30 manatlıq limitsiz internet heç 10 gün getmir. Əvvəl də “Tik tok”a girirdik.Nə oldu indi bu qədər internet aparır?50 GB-lıq trafikdə bir ayın tamamında internet qalırdı.Ona buna paylaşırdıq ki, gir internetə qalmasın. İndi 30 manatlıq 50 GB vurursan.Heç 10-13 gün getmir, qutarır. İndi də mesaj gəldi ki, siz 50 GB internet qutarmısız. Bu qədər də yox da, lap ağ olundu.Elə bil camaat pulu yerdən tapır”./Manset.az
 



Xəbər xətti