Azərbaycana qarşı bu çıxışına görə işdən qovuldu - Video

13:33 18 Dekabr 2022

Azərbaycana qarşı təxribat xarakterli çıxışlar edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov ali təhsil ocağından qovulub.

“Sitat.info” xəbər verir ki, bu barədə MDBMİ məlumat yayıb.

 

Zamex.az - Sizin sürətli və ucuz karqonuz....

 

İnstitut rəhbərliyi tərəfindən Aleksandrovun bəyanatları əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlıq kimi qiymətləndirilib.

Qeyd edək ki, rusiyalı ekspert ötən günlərdə Qərbə neft tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq üçün Azərbaycana raket hücumu təşkil etməyi təklif etmişdi.

/Qafqazinfo

 



Xəbər xətti