Şəhid anasının Xankəndi yolundakı çıxışı erməniləri heyrətləndirdi – VİDEO

16:10 18 Dekabr 2022

“Terror təkcə insanlara deyil, həm də təbiətə qarşı törədilə bilər. Bu terrorun bir növü də qızıl yataqlarımızın talanmasıdır”.

Sitat.info xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyeva Xankəndi yolunda keçirilən mitinq zamanı verdiyi müsahibədə deyib.

O, aksiyaya könüllü qatıldığını bildirib:

“Bunu hələ iki il əvvəl demişdim: Mən Xankəndidə yaşamaq istəyirəm. Mənim Birinci Qarabağ müharibəsi veteranı olan anam –  döyüşçü Şamama Quliyevanın da arzusu Xankəndidə yaşamaqdır.

Hətta bilsəm ki, oğlum Xankəndidə yaşayan qonşumun atdığı güllədən, yaxud mərmidən şəhid olub, mən yenə də onunla qonşu olaraq yaşamağa hazıram”.

Qeyd edək ki, Teleqramın erməni seqmentində şəhid anası Maya Quliyevanın bu çıxışı geniş şəkildə müzakirə edilir.

/Globalinfo.az



Xəbər xətti