Argentina və Fransa komandaları arasında final görüşündə prezidenti olduğu ölkənin komandasını izləməyə gələn Makronun 2 saatlıq oyun boyunca emosional davranışı diqqqət çəkib. 2:0 geridə olan Fransa ardıcıl 2 qol vurduqdan sonra yerində dayana bilməyən, qalib əda ilə kameralara poz verən Makron sonda üzülərək Argentinanın qələbəsini izləməli olub. Oyundan sonra sosial şəbəkələrdə Makronun erkən sevinib, sonra xəyal qırıqlığına uğramasını əks etdirən fotoları diqqət çəkib.