Qətərdə keçirilən dünya çempionatının final oyunu ölkəmizdə də böyük maraqla qarşılanıb.
Sitat.info xəbər verir ki, paytaxt restoranlarında keçirilən toy məclislərində bir ilk yaşanıb.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Belə ki, məkanlardan birində baş tutan toy dayandırılıb və Argentina ilə Fransa yığmaları arasında keçirilən dünya çempionatı nümayiş olunub.
Digər bir toy məclisi isə futbol matçı şadlıq sarayındakı ən böyük monitorda göstərilərək böyük marağa səbəb olub.
Lentə alınan videolar sosial platformalarda yayılaraq gündəm olub.
Xatırladaq ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.
Sitat.info həmin görüntüləri təqdim edirik:
/Baku.ws