İlon Mask şəxsi Twitter hesabında yeni sorğu paylaşıb.
Sitat.info-nun məlumatına görə, Mask qısa müddətdə viral olan sorğuda Twitter istifadəçilərinə bu sualı verib:
"Twitter" rəhbəri vəzifəsindən istefa verməliyəmmi? Mən bu sorğunun nəticələrinə əməl edəcəyəm”.
Başqa sözlə, Mask Twitter istifadəçilərindən onu işdən çıxarıb-çıxarmamağa qərar vermələrini istəyib.
Nəticələrə əməl edəcəyini bəyan edən Mask, sorğudan “hə” cavabı alacağı təqdirdə onu kimin əvəz edəcəyi, ya da şirkət sədrliyindən istefa verəcəyi təqdirdə nə vaxt istefa verəcəyi ilə bağlı heç bir açıqlama verməyib.
/Manset.az