Bu proseslər ƏDV-dən azad oluna bilər

12:18 19 Dekabr 2022

Azərbaycanda kino çəkilişi və satışı prosesində filmlərin ƏDV-dən azad olunması təklif olunub.

Sitat.info xəbər verir ki, bu barədə YARAT mərkəzində "Kino və Biznes: Körpülər" mövzusunda müzakirələrdə bildirilib.

Qeyd olunub ki, təklif mədəniyyət naziri Anar Kərimova və nazirliyin Audiovizual və İnteraktiv Media şöbəsinə təqdim edilib. Təklifdə kino sahəsinin inkişafı məqsədilə filmlərin çəkilişinin və satışının 5-10 il müddətinə ƏDV-dən azad edilməsi fikri irəli sürülüb.

Mədəniyyət Nazirliyinin tədbirdə iştirak edən Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənov nazirliyin təklifi dəstəkləyə biləcəyini vurğulayıb.



Xəbər xətti