Hərbi hissədə QƏTL: Başından güllələndi

12:45 19 Dekabr 2022

Moskva yaxınlığındakı Klin şəhərində yerləşən hərbi hissədə qətl hadisəsi baş verib.

Sitat.info Rusiya mediasına istinadla bildirir ki, bu barədə “Baza” xəbər verir.

Nəşrin məlumatına görə, dekabrın 18-də səhər saatlarında bölmənin avtomobil xidmətinin binasında helikopterin bort texniki ilə mühəndis arasında münaqişə yaranıb. Mübahisə zamanı hərbçi “Makarov” markalı tapançanı çıxararaq həmkarına atəş açıb.

 

Mühəndis başından aldığı güllə yarasından dünyasını dəyişib. Texnik həbs olunub.

Faktla bağlı cinayət işi başlanıb, müstəntiqlər hadisənin başvermə şəraitini və münaqişənin səbəblərini müəyyənləşdirirlər.



Xəbər xətti