"Ukrayna torpaqlarını qurban verməklə sülh yaratmaq..." - Podolyakdan Kissincerə SƏRT SÖZLƏR

13:59 19 Dekabr 2022

Riçard Niksonun dövründə ABŞ-da dövlət katibi olmuş Henri Kissincerin “The Spectator” jurnalında yazdığı məqaləyə Kiyev rəhbərliyindən reaksiya gəlib. Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Kissincer Rusiyanın əlində olan əraziləri ilhaq etməsi şərtilə sülh üçün danışıqlar masasına gəlməyin vaxtıdır - deyə yazıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak isə "Ukraynanın torpaqları hesabına şeytanla sövdələşməsini "pis sülh" adlandırıb. 

Zamex.az - Sizin sürətli və ucuz karqonuz....

Kissincer  yazır: “Artıq baş tutmuş  strateji dəyişikliklərə əsaslanmaq və danışıqlar yolu ilə sülhün əldə edilməsi üçün yeni struktura inteqrasiya etmək vaxtıdır. Sülh prosesi Ukraynanı NATO ilə bağlamalıdır. Neytrallığın artıq mənası yoxdur”.

Kissincer may ayında da təklif etmişdi ki, sülh prosesi Rusiyanın tutduğu bölgələrdən çıxması ilə başlaya bilər, ancaq 2014-cü ildə ilhaq etdiyi Krımı danışıqlar masasına qoymaqla. Qeyd edək ki,  Kissincerin bu məqaləsi Kiyev administrasiyasının reaksiyasına səbəb olub.
Ukrayna Prezidenti Zelenskinin müşaviri Podolyak Kissincerin rəsmi Telegram hesabında həmin məqalə ilə bağlı açıqlama verib: “Cənab Kissincer 10 aylıq müharibənin mahiyyətini və onun dünya nizamına təsirini hələ də başa düşməyib. Keçmiş dövlət katibinin tələb etdiyi, lakin ucadan deməkdən qorxduğu resept sadədir. “Şərqi Avropanın digər dövlətlərinə təcavüz etməmək zəmanəti verməklə, Ukraynanın bəzi hissələrini qurban verərək təcavüzkarı sakitləşdirmək”.
Belə bir sülhün “pis sülh” olduğunu vurğulayan Podolyak, “Sadə həll yollarının bütün tərəfdarları unutmasın ki, Ukrayna ərazisi hesabına şeytanla istənilən razılaşma pis sülhdür. Belə bir razılaşma Putin üçün qələbə və bütün dünyada avtokratlar üçün uğur resepti olardı”.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti