ABŞ mətbuatının verdiyi xəbərə görə, ötən gün finalda Argentina ilə qarşılaşacaq Fransada “təyyarə böhranı” yaşanıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, turnirin əvvəlindən zədəsi səbəbindən oynaya bilməyən və Fransada olan Benzama final matçı öncəsi Makrondan prezident təyyarəsi ilə Qətərin paytaxtı Dohaya getmək təklifi alıb. 34 yaşlı Benzema, keçmiş oyunçular Loran Blan, Zinəddin Zidan və Mişel Platini kimi bu təklifi qəbul etməyib.
Makron və həyat yoldaşı Bricitin də olduğu təyyarəyə Pol Poqba, N'Qolo Kante, Presnel Kimpembe və Kristofer Nkunku, 1980-ci illərdə Fransa Milli Komandasında çıxış etmiş Alen Giresse, cüdo üzrə Olimpiya çempionu Teddi Riner bir yerdə uçublar. Təyyarədə qrupda iştirak etməyən Fransa millisi futbolçularından Lukas Hernandes də yer alıb.
Səid İsaoğlu,
Sİtat.info