"İranın dini lideri Əli Xameneyinin müşaviri Kamal Xərrazi Tehranda keçirilən dialoq forumunda deyib ki, ölkəsinin nüvə bombası istehsal etmək imkanı var, ancaq istehsal etmək fikrində deyil. Ancaq onun sonrakı cümləsi ilk fkrini təkzib mahiyyətlidir: “Nüvə texnologiyasına sahib olmaq çəkindiricidir”. Yəni İranın nüvə silahı olsa heç bir dövlət Tehrana təzyiq edə bilməyəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
O, vurğulayıb ki, İran bir gün nüvə silahı əldə etdiyini açıqlayarsa , Türkiyə və Azərbaycan hansı addımları atacağı mühüm sualdır: "Məsələ burasındadır ki, İranın nüvə silahına yiyələnə biləcəyindən ehtiyat edən əsas ölkələr bunlardır: İsrail, ABŞ və Səudiyyə Ərəbistanı. Ancaq Azərbaycanın da İranla münasibətlərində gərginlik hökm sürür".
E.Şahinoğlu qeyd etdi ki, İran nüvə silahı əldə edərsə Türkiyə də nüvə silahına yiyələnmək barədə ciddi düşünmək məcburiyyətində qalacaq: "Çünki ətrafda bir qisim dövlətin – Hindistan, Pakistan, Rusiya, Çin, İsrail (etiraf etməsə də - E.Ş,) və İran da bu sıraya qatılarsa Türkiyə və Səudiyyə Ərəbistanı da oxşar çalışmalara başlayacaq. İranın nüvə silahına yiyələnməsi Azərbaycanın maraqlarına da ziddir. Ancaq aydındır ki, nüvə silahına yiyələnmək kimi planımız yoxdur. Buna baxmayaraq, İran nüvə silahı əldə edərsə təhlükəsizlik təminatımızın artırılması barədə ciddi düşünməli olacağıq".
Məğrur,
SİTAT.İNFO