Bəxtiyar Hacıyevlə bağlı məhkəməyə müraciət edildi

15:43 19 Dekabr 2022

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilir.

Sitat.info Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

Bəxtiyar Hacıyevin barəsində ev dustaqlığının seçilməsinə dair Xətai rayon Məhkəməsinə müraciət edilib.

Qeyd edək ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.



Xəbər xətti