Prezidentin fəxri təqaüdçüsü vəfat etdi

17:10 19 Dekabr 2022

Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.

Zamex.az - Sizin sürətli və ucuz karqonuz....

K. Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.

Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.



Xəbər xətti