Əfqanıstanın Pərvan əyalətində tuneldə yanacaq daşıyan tankerin partlaması nəticəsində baş verən yanğında 19 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, yerli vaxtla saat 21:00 radələrində baş verən hadisədə partlayışın şiddətindən yanğın baş verib.
Pərvan valiliyinin sözçüsü Hikmətullah Şamim can itkisinin daha da arta biləcəyini bildirərək, 19 nəfərin həyatını itirdiyini, 32 nəfərin isə yaralandığını açıqlayıb.
Əfqanıstanın səhiyyə naziri Qələndər İbad yaralıların paytaxt Kabil, Bağlan və Pərvandakı xəstəxanalara çatdırıldığını, tuneldə sıxışan insanların xilas edildiyini açıqlayıb.
Digər tərəfdən 50-yə yaxın əsgərlə tuneldə qapalı qalanlara kömək etməyə gəlib. Hadisə zamanı tunelin damı da uçub.
Rəsmilər isə bunları deyib: "Biz hadisə yerinə 100 metr yaxınlaşa bildik və 18 yaralını çıxardıq. Bölgədəki digər bölmələrin köməyi ilə yaralıları xəstəxanalara göndərdik. Hazırda hadisə yerindən 200 metr aralıdayıq və kömək etməyə davam edəcəyik".
Seymur,
Sitat.info