Bakıda 1800 manata nömrə almaq istəyən şəxsi görün necə aldatdılar - FOTO

18:09 19 Dekabr 2022

Onlayn qaydada mobil telefon nömrəsi almaq istəyən şəxs dələduzluqla üzləşib.

SİTAT.İNFO xəbər verir ki, bakupost.az-a şikayət edən zərərçəkmiş Fəzail Hüseynov bildirib ki, nömrəni almaq üçün pul ödədikdən sonra qarşı tərəf yoxa çıxıb:

“Təxminən 3-4 ay əvvəl elan saytlarından birində mobil nömrə satışı elanını gördüm. Həmin nömrəni sifariş edib almaq istəyirdim. Mənimlə əlaqəyə keçən Rövşən Məmmədov adlı bəy bir şəxsiyyət vəsiqəsi göndərdi. Amma şəxsiyyət vəsiqəsi özünün deyil, bir xanımın idi.

Dedi ki, şirkət onun adınadır. Sonra ödəniş üçün kartı da göndərdi. Nömrə 1800 AZN-ə idi. Mən kreditlə alacaqdım. Pulu tam ödədikdən sonra isə adıma qeydiyyata salacaqdılar. Karta 330 manat göndərdim. Geri qalanını da 1 il ərzində hər ay ödəyəcəkdim. Pulu ödəyəndən sonra nömrəni mənə çatdırmalı idilər. Amma həmin şəxs məni blokladı. Başqa bir nömrəm var, oradan yazdım. Məni fırlatmağa çalışdı. Mən də bildirdim ki, polisə müraciət edəcəyəm”.

Şikayətçi üzləşdiyi problemlə bağlı dəfələrlə “102”yə müraciət etdiyini, lakin ona cavab verilmədiyini deyib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, daxil olmuş müraciət üzrə araşdırma aparılır.

F.Hüseynovun adını çəkdiyi R.Məmmədovla əlaqə saxlasaq da, hər iki telefon nömrəsinə zəng çatmayıb.




Xəbər xətti