Rusiya prezidenti Vladimir Putin son 3 ildə ilk dəfə Aleksandr Lukaşenko ilə “hərbi məsələlərlə bağlı” danışıqlar aparmaq üçün Belarusa uçub.
Sitat.info xəbər verir ki, Putin və Lukaşenko danışıqların mətbuata açıq hissəsində bir sıra bəyanatlar veriblər.
Putin deyib ki, Belarus təkcə yaxşı qonşu deyil, həm də müttəfiqdir və bütün iqtisadi məsələlər bunun əsasında həll olunur.
"Rusiya Federasiyası Belarusda nüvə layihələrini, elmi, kadr hazırlığını daha da inkişaf etdirməyə hazırdır. Rusiya ilə Belarus arasında münasibətlərin inkişafında iqtisadiyyat prioritetdir".
Putin həmçinin Lukaşenkoya ticarəti artırmağa və kosmosda əməkdaşlığı inkişaf etdirməyə söz verib.
Öz növbəsində Lukaşenka bildirib ki, Belarus və Rusiya Federasiyası “bəzi kobud müdaxilələrə” baxmayaraq, bütün təhdidlərə cavab tapır. Lukaşenka əhalinin rifahını təmin etməyə kömək edəcək “həssas iqtisadi məsələlərin” həllini Rusiya Federasiyası və Belarus üçün prioritet adlandırıb.
Məğrur,
SİTAT.İNFO