Zalujnı ordu üçün məsuliyyətin artırılması ilə bağlı qalmaqallı qanun layihəsini dəstəkləyib

10:15 20 Dekabr 2022

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı hərbçilərin məsuliyyətinin gücləndirilməsi ilə bağlı qalmaqallı qanun layihəsini dəstəklədiyini bildirib və prezidenti onu imzalamağa çağırıb.

Zalujnı vurğulayıb ki, o, hərbi hissənin və ya xidmət yerini icazəsiz tərk etməyə, fərariliyə, döyüş meydanını icazəsiz tərk etməyə və ya silahdan istifadədən imtinaya, itaətsizliyə və hərbi əmrlərə əməl etməməyə görə məsuliyyətin artırılmasına məcbur olub: "Ukrayna Ali Radası tərəfindən qəbul edilmiş qanunvericiliyə müvafiq dəyişiklikləri dəstəkləyirəm və prezidentdən qanunu imzalamasını xahiş edirəm. Ordu nizam-intizam üzərində dayanır. Əgər qanunvericilikdəki boşluqlar ona əməl olunmasını təmin etmirsə və  döyüş ödənişlərinin on faizinə qədər cərimə ödəyə və ya məhkəmə yolu ilə cəza ala bilərlərsə, bu, ədalətsizlikdir. Komandirlərin cəzasız qalması təhlükəsi varmı? Xeyr, komandirlər də öz hərəkətlərinə və ya hərəkətsizliyinə görə tam hüquqi məsuliyyət daşıyırlar".

Seymur,

Sitat.info



Xəbər xətti