Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatının (TDT) Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün qardaş Türkiyəyə səfərə yola düşüb.
“Sitat.info” xəbər verir ki, səfər çərçivəsində K.Heydərovun Ankara şəhərində təşkil edilən TDT-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirakı, eləcə də Türkiyənin əlaqədar dövlət qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.