Luqansk Xalq Respublikasında (LXR) vəziyyət hələ də çox ağırdır, indi əsas məsələ insanların təhlükəsizliyidir,
Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün bunu regionun rəhbəri Leonid Paseçniklə görüşündə bildirib.
Heç kimə sirr deyil ki, Luqansk Xalq Respublikasında vəziyyət çox ağır olaraq qalır. İlk növbədə, əsas məsələ insanların təhlükəsizliyinin təmin edilməsidir”, - dövlət başçısı bildirib.
Eyni zamanda o, müzakirəyə iqtisadiyyatdan, sosial sahədən, səhiyyədən başlamağı təklif edib.
Putin LXR rəhbəri vəzifəsini icra edən şəxsdən bu sahələrdəki vəziyyətə nəzarəti gücləndirməyi xahiş edib.
Məğrur,
Sitat.info